Advertisement

Yanvar-mart aylarında Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə hazır geyim
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz
azalaraq, 204 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə ABŞ-a 65,7 milyon dollar məbləğində
hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 15,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır
geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac
edib.