
Bakı. Trend:
Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu
nəticəsində 11 nəfər həlak olub.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ondan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda
milli avtomobil yolunu bağlayıb. Silahlı qüvvələr maşınları
yoxlamağa başlayıb, dayanmayanlara atəş açılıb. Mərmilər
nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.
Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9
nəfəri qaçırıblar.





























