
Bakı. Trend:
Ermənistanda polis 36 kq qızıl və 290 milyon rubl oğurlayan
soyğunçuların bəzilərini saxlayıb.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hücum edənlər İrəvan-Yerasx avtomobil yolunda
yaxalanıblar.
Onların getdikləri “Mercedes Vito” markalı mikroavtobusda qızıl
külçələr və məbləğin bir hissəsi aşkar edilib.





























