Advertisement

Üç xəzəryanı dövlətin sərhədçiləri Xəzərdə 60-dan çox brakonyer saxlayıb

Bakı. Trend:

Qazaxıstan sərhədçiləri rusiyalı və azərbaycanlı həmkarları ilə
birlikdə aprelin əvvəlindən Xəzər dənizinin akvatoriyasında 60-dan
çox brakonyer saxlayıblar.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat
xidməti məlumat yayıb.

Məlumat görə, inzibati cərimələrin məbləği 3 milyon təngədən
(6,6 min dollar) çoxdur. 1041 nərə balığı, 14 min 659 sıx torla
tutulan balıq və 63 suiti təbii yaşayış mühitinə buraxılıb.

Qeyd edilib ki, Xəzər dənizinin akvatoriyasının mühafizəsinin
təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Aprelin 1-dən Qazaxıstan MTK-nın Sərhəd Xidməti tərəfindən
respublikanın müvafiq dövlət orqanları, eləcə də Azərbaycan və
Rusiya sərhəd idarələri ilə birlikdə Xəzər dənizinin bioloji
ehtiyatlarının mühafizəsi üzrə əməliyyat-profilaktik tədbirlərin
növbəti mərhələsi həyata keçirilir. Birgə əməliyyatlar başlayandan
bəri 39 kiçik gəmidə 63 cinayətkar saxlanılıb, 187 km brakonyerlik
silahı ələ keçirilib”, – məlumatda bildirilir.