Advertisement

Bu ölkədə ən qədim insanların qalıqları tapılıb

Bakı. Trend:

Keniyada aparılan arxeoloji qazıntılar zamanı planetimizdə ilk
məskunlaşan insanların qalıqları aşkarlanıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu tapıntılar Turkana gölünün sahilində
tapılıb və onların yaşı təxminən 1,86 milyon ildir.

Məlumata görə, alimlər fosillərin anatomiyası müasir insanlara
çox bənzəyən ilk hominid olan Homo erectus növünə aid olduğunu
bildirib. Bu kəşf Homo erectusun ağıllı Homo sapiensin əcdadı ola
biləcəyi ilə bağlı fərziyyələri artırır.