Advertisement

Almaniyalı diplomatların ailə üzvləri İranı tərk edir? – KİV

Bakı. Trend:

Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk
edirlər.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, iddiaıara görə buna səbəb İranın İsrailə
mümkün hücumu ilə bağlıdır.

Qeyd edilir ki, İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq
sayı hələlik məlum deyil.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına
İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.