
Bakı. Trend:
Almaniya tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir
“Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Trend-in
məlumatına görə, bu barədə Almaniyanın Müdafiə Nazirliyi
bildirib.
“Biz öz döyüş hazırlığımızı nəzərə alaraq Ukraynaya imkanımız
daxilində dəstək veririk”, deyə Müdafiə naziri Boris Pistorius
bildirib.
Nazir qeyd edib ki, o, mümkün qədər tez Ukrayna üçün nəzərdə
tutulan sistemi əvəz edəcək yeni sistem əldə etmək üçün əvvəlcədən
tədbir görüb.





























