Advertisement

Avstraliyada ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum
nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib.

Trend-in
məlumatına görə, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya
edilib.

Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri
alan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır
yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini
bildirib.