
Bakı. Trend:
ABŞ İsrail xalqının yanında olacaq və onun İrandan gələn
təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik
Şurasının nümayəndəsi Edriyen Uotson bildirib.
“İran İsrailə hava hücumu edib. Prezident Baydenin milli
təhlükəsizlik komandası vəziyyətlə bağlı müntəzəm olaraq yeniliklər
alır və bu gübdüz Ağ Evdə onlarla görüşəcək. Onun komandası İsrail
rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə
saxlayır. Bu hücum çox güman ki, bir neçə saat davam edəcək.
Prezident Bayden açıq şəkildə bildirdi: Bizim İsrailin
təhlükəsizliyinə dəstəyimiz möhkəmdir”, – deyə bildirilib.
Xəbər yenilənəcək





























