Advertisement

İsrail İran PUA-larının qarşısını almağa başlayıblar

Bakı. Trend:

İsrail hərbçiləri ölkələrinə doğru uçan İranın PUA-larının
qarşısını almağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə İsrail televiziyası xəbər
verib.

Məlumata əsasən, bu cür əməliyyatlar İordaniya və Suriya
səmalarında ABŞ-ın köməyi ilə həyata keçirilir.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd”
adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket
atdığını təsdiqləyib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında
gərginlik artıb.