Advertisement

İsrail hava məkanını açıb – Trend.Az

Bakı. Trend:

İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı
bağlanan ölkənin hava məkanını açıb.

Trend xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi
məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat
07:30-dan etibarən İsrail dövlətinin hava məkanı açılıb, Ben Qurion
hava limanı fəaliyyətini bərpa edib”, – deyə məlumatda
bildirilir.