
Bakı. Trend:
Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə
narahatdır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.
“Bölgədə növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə
narahat olduğumuzu bildiririk. Biz dəfələrlə xəbərdarlıq etmişik
ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında
məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan böhranın
həll olunmaması gərginliyin artmasına gətirib çıxaracaq”, –
nazirlikdən bildiriblər.
Rusiya XİN qeyd edib ki, İranın İsrailə hücumu BMT
Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ
çərçivəsində həyata keçirilib.





























