Advertisement

Hakan Fidan Blinkenlə bölgədəki mövcud vəziyyəti müzakirə edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi
Antoni Blinken arasında telefon danışığı olub.

Trend-in
məlumatına görə, söhbət zamanı İranın İsrailə qarşı hücumundan
sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Hakan Fidan regionda böhranın genişlənməsi və yayılması
ehtimalından narahatıq hissi keçirdiklərini ifadə edib.

O, Türkiyənin İsrail-Fələstin qarşıdurması başladıqdan bəri
bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan
etdiyinə diqqət çəkərək, problemin kökündə məhz bu qarşıdurmanın
dayandığını bildirib. Hakan Fidan təcili olaraq atəşkəsin elan
edilməsi və Qəzza zolağına humanitar yardımların fasiləsiz
çatdırılmasının zəruriliyini vurğulayaraq, əks halda böhranın
böyüməyə davam edəcəyi ehtimalını xatırladıb.

Türkiyəli nazir gərginliyin artmasının qarşısının alınması
baxımından təsirli ölkələrin İsrail-Fələstin məsələsində doğru
mesajlar vermələrinin vacibliyini qeyd edib.