Bakı. Trend:
İsrail hakimiyyəti aprelin 13-də axşam saatlarından təhsil
sistemində dərslərə qoyulan qadağanı və iclaslarda iştirak
edənlərin sayına qoyulan məhdudiyyəti aradan qaldırıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL)
mətbuat xidməti xəbər veirb.
“Vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən
edilib ki, həmin gecə İsrail vaxtı ilə saat 00:00-dan etibarən arxa
cəbhə idarəsinin göstərişlərinə dəyişikliklər edilib. Dəyişikliklər
çərçivəsində təhsil fəaliyyətinin bərpası qərara alınıb. Bundan
əlavə, iclaslarda iştirak edənlərin sayına məhdudiyyət də
qaldırılıb”, – deyə bildirilib.




























