Advertisement

Blinken Britaniya və Almaniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Antoni Blinken Böyük Britaniya və
Almaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin
artmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat
xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, telefon danışığı zamanı Blinken Böyük
Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın
xarici işlər naziri Annalena Baerbok ilə İranın İsrail ərazisinə
endirdiyi zərbəni müzakirə edib. “Onlar bu hücumları qətiyyətlə
pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının
alınmasının vacibliyi barədə razılığa gəliblər”, – deyə məlumatda
bildirilir.

Blinken, həmçinin ABŞ-ın İsraili müdafiə etmək öhdəliyini bir
daha təsdiqləyib.