Advertisement

İranda sərnişin avtobusu aşıb – Ölənlər və yaralananlar var

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 04:00 radələrində İranın şimal-qərbində
yerləşən Ərdəbil vilayətində Heyran aşırımında sərnişin avtobusu
aşıb.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Qırmızı
Ayara Cəmiyyəti idarəsinin müdiri Həmid Qəvidel deyib.

Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 5
nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Qəvidel bildirib ki, xəsarət alanlar təcili yardım maşınları ilə
Ərdəbil və Astara xəstəxanalarına çatdırılıblar.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.