Advertisement

Rusiyada daşqın nəticəsində 5 mindən çox ev suyun altında qalıb

Bakı. Trend:

Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində 10 mindən çox
sahə və 5 mindən çox ev suyun altında qalıb.

Trend xəbər
verir ki, bu barədə Orenburq şəhər administrasiyası məlumat
yayıb.

Qeyd olunub ki, 10656 şəxsi sahə və 5503 ev suyun altında qalıb.
Evlərin 55-i çoxmərtəbəli binalardır.

Məlumata görə, suyun altında qalan evlərdən və sahələrdən 16547
nəfər, o cümlədən, 4648 uşaq təxliyə edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun