
Bakı. Trend:
Nə ABŞ, nə də Avropa Rusiyaya qarşı durmaq üçün kifayət qədər
hərbi gücə malikdir.
Trend xəbər
verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Trampın
administrasiyasında müdafiə nazirinin keçmiş müşaviri olmuş,
hazırda istefada olan polkovnik Duqlas Makqreqor “X” platformasında
yazıb.
“Nə avropalılar, nə də ABŞ Rusiyanın hərbi gücü ilə mübarizə
aparmaq üçün quru qüvvələrinə malikdir. Amerikalılar bunu dərk
etməlidir”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl amerikalı ekspert ABŞ rəhbərliyinin
Ukrayna münaqişəsindəki uğursuzluğunun Avropada balansı pozduğunu
və Rusiyanın mövqeyinin möhkəmləndirdiyini vurğulayıb.





























