
Bakı. Trend:
İrəvanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart
Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyanla məhdud tərkibdə
görüşü olub.
Trend xəbər
verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti
məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün
İrəvana səfər edib. Qazaxıstan prezidentini Zvartnots hava
limanında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan
qarşılayıb.
Xatırladaq ki, aprelin 13-də Qazaxıstan prezidentinin mətbuat
xidməti Tokayevin Ermənistana səfər edəcəyi barədə məlumat
yaymışdı.
Qazaxıstan prezidentinin səfərini baş çatdırdıqdan sonra
Qazaxıstanın seldən əziyyət çəkən bölgələrinə yola düşəcəyi qeyd
olunub.





























