
Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın
İsrailə raket hücumunu İran üçün ikiqat məğlubiyyət adlandırıb.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya XİN rəhbəri
BBC-yə açıqlamasında deyib.
O qeyd edib ki, İranın hücumu “ikiqat məğlubiyyət” idi, çünki bu
hücumlar həm İsrailə dəyən zərər baxımından uğursuz olub, həm də
İranın bölgədə bədxassəli təsir olduğunu göstərib.
Devid Kemerona, həmçinin, İrana qarşı daha çox sanksiyalar
tətbiq edilib-edilməyəcəyi ilə bağlı da sual verilib.
O da qeyd edib ki, Britaniya hökuməti artıq İrana qarşı 400
sanksiya tətbiq edib.
Britaniya XİN rəhbəri bildirib ki, hökumət daha hansı addımları
ata biləcəyinə baxmağa davam edəcək.





























