Advertisement

Yanvar-mart aylarında Türkiyənin İrana elektrik avadanlıqları ixracı 25 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İrana elektrik
avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz
azalaraq, 27 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə İrana 8,6 milyon dollar məbləğində
elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 20 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin
elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
0,6 faiz azalaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində
elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə
müqayisədə 2,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə
16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.