
Bakı. Trend:
Sakit okeanda Rusiyanın Kuril adaları yaxınlığında 4,4 bal
gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Saxalin filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən
42 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 95 km dərinlikdə
yerləşib.





























