
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri
Fumio Kişida milli silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinə dair
saziş hazırlamaq barədə razılığa gəliblər.
Trend-in
məlumatına görə, bu barədə iki liderin Parisdıki görüşündən sonra
Yelisey sarayının yaydığı məlumatda deyilib.
Bildirilib ki, görüşdə Fransa və Yaponiya arasında müdafiə
məsələlərində strateji əməkdaşlığın gücləndirilməsi qərara
alınıb:
“Tərəflər Fransa ordusu ilə Yaponiyanın özünümüdafiə qüvvələri
arasında əməliyyat əməkdaşlığının inkişafı üzrə sazişin bağlanması
üzrə danışıqlar prosesinə başlayacaqlar”.





























