Bakı. Trend:
Türkiyənin Afyonqarahisar şəhərinin Sandıqlı qəsəbəsində avtobus
yük maşını ilə toqquşması nəticəsində 17 nəfər yaralanıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Afyonqarahisar-Antalya yolu ilə hərəkət edən
sərnişin avtobusu suvarma borusu daşıyan yük maşını ilə
toqquşub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlardan
3-nün vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları və tibbi personal cəlb
olunub.





























