Bakı. Trend:
Türkiyədə Manisa başda olmaqla İstanbul, İzmir, Kahramanmaraş,
Bursa, Malatya və Somada İŞİD-ə qarşı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 10 şübhəli saxlanılıb. Məhkəmə
qərarı ilə onlardan 8-i həbs edilib, 2-si şərti azadlığa
buraxılıb.
Qeyd edilir ki, axtarışlarda 3 silah, rəqəmsal materiallar və
təşkilati sənədlər də götürülüb.





























