Bakı. Trend:
Belarus Rusiya ilə müştərək hərbi təlimlərə başlayıb.
Trend bu barədə rus KİV-lərə
istinadən xəbər verir.
Məlumata görə, manevrlərdə əsas məqsəd dövlət əhəmiyyətli və
hərbi xarakterli obyektlərin hava hücumundan müdafiəsinin təmin
edilməsi üzrə tapşırıqların icrasıdır.
Belarusun Müdafiə Nazirlyi manevrlərin mayın 31-dək davam
edəcəyi qeyd edib.





























