Advertisement

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğradı: 2 pilot şəhid oldu

Bakı. Trend:

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
məlumat yayıb.

“Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından
təlim/sınaq üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına
məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya
uğrayıb.

Qəzada 2 pilot şəhid olub”, – deyə məlumatda bildirilib.