Advertisement

Şərqi Zəngəzurda ilk dəfədir ki, QHT-lərin birinci əməkdaşlıq forumu keçirilir – Aygün Əliyeva

Zəngilan. Trend:

24-25 iyun tarixlərində Qeyri-hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə
işğaldan azad edilmiş ərazilərdə Şərqi Zəngəzurda ilk dəfədir ki,
QHT-lərin birinci əməkdaşlıq forumu keçirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Zəngilanda
keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda jurnalistlərə
açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Aygün Əliyeva deyib.

O bildirib ki, forum iki gün ərzində davam edəcək.

“Forumda 200-ə yaxın Azərbaycanda fəaliyyət göstərən ictimai
birliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. Forum
çərçivəsində COP29 Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı, eyni
zamanda, QHT-lər, nəticələr, hədəflər, Ermənistanın dağ mədən
sənayesində törətdiyi ekoloji fəsadlar və başqa mövzularda maraqlı
panel müzakirələr olacaq.

Eyni zamanda, QHT-lər Silahlı Qüvvələr Günü münasibətilə N saylı
hərbi hissəyə də səfər edəcək. Sabah isə forumun son günündə Yaşıl
Dünya Naminə Həmrəylik Müraciəti gözlənilir. Artıq forum öz işinə
başlayıb, maraqlı fikirlər səslənir.

QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı
ictimai iştirakçılığın təşviq edilməsi və QHT-lərin beynəlxalq
əlaqələrin inkişaf etdirilməsi və başqa mövzularda maraqlı panel
müzakirələri davam etməkdədir”, – deyə o qeyd edib.