Bakı. Trend:
Azərbaycanla Qambiya arasında diplomatik viza rejimi ləğv
edilir.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya
Respublikası Hökuməti arasında diplomatik pasportlara malik
şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin
inkişafına töhfə verəcəyini bildirib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
edilib.





























