Advertisement

Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji xarakter daşıyır – Səfir

Bakı. Trend:

Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji xarakter
daşıyır.

Trend xəbər verir
ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko
İtaliyanın Respublika Günü münasibətilə keçirilən tədbirdə
deyib.

“Bu gün biz həm İtaliya, həm Azərbaycanı, ölkələrin xalqlarını
birləşdirən dərin dostluğu qeyd edirik. İkitərəfli münasibətlərimiz
strateji xarakter daşıyır. Onlar intensiv siyasi dialoqa və ən
yüksək səviyyədə səfərlər və missiyalar mübadiləsinə əsaslanır”, –
o deyib.

Diplomat vurğulayıb ki, bu gün İtaliya və Azərbaycan şirkətləri
arasında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də iqtisadi
əməkdaşlıq getdikcə artır.

“Əməkdaşlığımız təkcə Azərbaycan və İtaliya üçün deyil, həm də
Avropa İttifaqı üçün strateji xarakter daşıyan enerji sektorunda
fundamental əlaqələrlə səciyyələnir”, – o əlavə edib.

“Xüsusilə bu il ölkələrimizin üzərinə daha böyük məsuliyyət
qoyulur və əməkdaşlıq üçün əlavə imkanlar açılır. İtaliya G7-yə,
Azərbaycan isə COP29-a sədrlik edir və bu tədbirin uğurlu olacağına
əminik”, – deyə səfir yekunlaşdırıb.

(Tərcümə: Gülnarə Kərimova)