Advertisement

Fransa silah, sursat verməklə Ermənistanı yeni avantüraya sürükləyir – ŞƏRH

Bakı. Trend:

2020-ci ildə İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbə
qazanması ilə regionda yeni vəziyyət yaranıb. Ərazi bütövlüyünü
bərpa edən Azərbaycan bir tərəfdən Ermənistanla daimi sülhün
bərqərar olmasına çalışır, digər tərəfdən də regional sabitlik üçün
böyük səylər göstərirdi. Bu kontekstdə o, çoxşaxəli xarici siyasət
yeridirdi. Bu siyasət Azərbaycanda bir sıra mühüm nəticələrə səbəb
oldu.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk
Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin
professoru Mehmet Yüce deyib.

“Ancaq Ermənistan eyni addımları atmadı. Öhdəliklərini yerinə
yetirmək əvəzinə, yeni iddialar irəli sürərək, Qərb dünyasını,
xüsusən də Fransanı arxasına alaraq yeni avantüralar ardınca
getməyə üstünlük verdi. Azərbaycanla Ermənistan arasında
münasibətlərin müəyyənləşdirilməsində təkcə hər iki tərəfin iradəsi
deyil, həm də xarici qüvvələrin Ermənistana təsiri önəmlidir.
Burada xüsusilə Fransa Cənubi Qafqaza nüfuz etmək üçün Ermənistana
təsirindən istifadə edərək, regionda sabitliyi pozmaq siyasəti
aparır. Fransa silah, sursat verməklə Ermənistanı yeni avantüraya
sürükləyir. Fransa diasporun dəstəyi ilə ölkədəki zəif siyasi
nüfuzdan istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibəyə
sürükləyir.

Azərbaycan həmişə olduğu kimi problemin sülh yolu ilə həllinə
yönəlmiş siyasət aparır. Amma Ermənistanın yürütdüyü siyasət artıq
dözümlü deyil. Azərbaycanın 44 günlük Vətən Müharibəsində olduğu
kimi, problemi özünün həll etməsi mühüm variant kimi
qiymətləndirilir. Bölgədəki yeni reallıq Azərbaycanın bu gücdə
olduğunu göstərəcək. Belə olan halda Türkiyə Şuşa bəyannaməsində
yer alan müttəfiqlik müddəalarına əsasən həmişə olduğu kimi, qardaş
ölkənin bütün imkanları ilə yanında olacaq. Nəticədə belə bir
variant yaranarsa, ən çox Ermənistan zərər çəkəcək”, – deyə o
bildirib.