Bakı. Trend:
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar
iclasının gündəliyi açıqlanıb.
Parlamentdən Trend-ə verilən
məlumata görə, toplantının gündəliuyinə məsələnin müzakirəsi daxil
edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası
Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun
yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu
haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi
haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq,
prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri
nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”,
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial
müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”,
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta
haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
12. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
13. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi.
14. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).





























