Advertisement

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti
Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident.

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü
münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın
mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı
faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda
birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost
Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.