Bakı. Trend:
İyunun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə
bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan
Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR
nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının
Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar
seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad
qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya
Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş
iclasında baxılacaq.





























