Advertisement

Vuçiç baş nazir postuna Serbiya müdafiə nazirinin namizədliyini irəli sürüb

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir postuna ölkənin
müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.

Trend-in
məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.

“Baş nazirin müavini və müdafiə naziri kimi məsuliyyətli və
mühüm funksiyaları yerinə yetirdiyini nəzərə alaraq, Miloş Vuçeviçə
etimad edirəm”, – deyə A.Vuçiç bildirib.

Bir vaxtlar baş nazir olan Vuçeviçin hakim Serb Tərəqqi
Partiyasının üzvləri və onun bəzi müttəfiqlərinin daxil olacağı
kabinet formalaşdıracağı gözlənilir.