Advertisement

Türkiyənin MSK bələdiyyə seçkilərinin nəticələrini aprelin 1-də açıqlayacaq

Bakı. Trend:

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin
nəticələri aprelin 1-də açıqlanacaq.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının
rəhbəri Əhməd Yener məlumat verib.

“Səslərin hesablanması davam edir. Biz seçkilərin nəticələrini
bazar ertəsi elan etməyi planlaşdırırıq”, – deyə o bildirib.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə
orqanlarına seçkilər keçirilib. Səsvermə yerli vaxtla saat 8:00-dan
17:00-dək davam edib.