
Bakı. Trend:
Türkiyənin Tekirdağ bölgəsində baş verən avtomobil qəzasında
yeddi nəfər xəsarət alıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, hadisə iki
avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə yerinə təcili tibbi yardım, polis qrupları cəlb
edilib.
Qəzada yaralananlar tez bir zamanda xəstəxanaya çatdırılıb.





























