Advertisement

Hitrou hava limanında iki təyyarə toqquşub

Bakı. Trend:

Böyük Britaniyanın Hitrou hava limanının uçuş-enmə zolağında iki
təyyarə toqquşub və hadisə nəticəsində hər iki təyyarənin qanadları
zədələnib.

Trend-in
məlumatına görə, “Virgin Atlantic 787” təyyarəsi “British Airways
Airbus A350”nin qanadının ucuna dəyib.

Hitrou hava limanının sözçüsü bildirib ki, hadisə nəticəsində
xəsarət alan olmayıb.