Advertisement

Dünyada cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə qorunur – Azər Qarayev

Bakı. Trend:

Son dövrlər dünyada baş verən münaqişələrin, toqquşmaların,
terror hadisələrinin sayı durmadan artmaqdadır. Son günlər baş
verən İran-İsrail qarşıdurması isə bu hadisələrin növbəti mərhələsi
oldu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, dünyada cərəyan edən mürəkkəb proseslər,
qanlı toqquşmalar fonunda Azərbaycanda təhlükəsizlik yüksək
səviyyədə qorunur.

“Azərbaycan dövləti üçün öz vətəndaşlarının təhlükəsizliyi hər
zaman priroritet məsələdir. Bu gün regiona nəzər salsaq görərik ki,
baş verən toqquşmalar, terror hadisələri heç də Azərbaycandan
uzaqda yox, bizim qonşuluğumuzda baş verir. Azərbaycanda
formalaşdırılan və qorunub saxlanılan təhlükəsiz mühit sabitlik və
inkişaf üçün əsas amillərdən biridir”, – deyə A.Qarayev əlavə
edib.

Politoloq onu da vurğulayıb ki, artıq dünyada faktiki olaraq
üçüncü dünya müharibəsi başlayıb.

“Cəryan edən hadisələrin təhlili göstərir ki, Azərbaycanın da
qonşularının iştirakı ilə dünya yeni münaqişəli dövrə qədəm qoyub.
Dünyanın bölünməsi və ayrıcı xətlırin cızılması prosesi davam edir.
Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının
işə salındığı müşahidə olunur.

Azərbaycanın tarixi zəfərindən və işğala son qoymasından sonra
Cənubi Qafqazda sülh üçün əlverişli zəmin yarandı. Sülh təşəbbüsü
ilə çıxış edən də məhz Azərbaycan oldu. Ermənistan müxtəlif
yollarla bu prosesi ləngitməyə çalışır və bu gün regionda sülh
istəməyən qüvvələr Ermənistan vasitəsilə yeni münqaişə ocağı
yaratmağa çalışırlar”, – deyə A,Qarayev qeyd edib.