
Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı
10-dan çox sənədin imzalanması planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə Qırğızıstan mətbuatına
ölkənin Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib.
“Hazırda iki ölkə arasında 20-yə yaxın müxtəlif normativ sənəd
üzərində iş gedir. Dövlət səfərinin yekunları üzrə ondan çox sənəd
imzalanacaq”, – deyə o bildirib.
Səfir xatırladıb ki, Bakı ilə Bişkek arasında uzun illik
fasilədən sonra hökumətlərarası komissiyanın mexanizmi işə
başlayıb.
“Hökumətlərarası komissiyanın dördüncü iclası 2022-ci ildə
Bakıda keçirilib. 2023-cü ildə beşinci iclas Qırğızıstanın
Çolpon-Ata şəhərində keçirildi. Altıncı görüşün Bakıda keçirilməsi
planlaşdırılır”, – diplomat əlavə edib.





























