
Bakı. Trend:
Aprelin 17-19-da İtaliyanın Kapri adasında bu ölkənin G7-yə
sədrliyi çərçivəsində “Yeddilər qrupu” ölkələrinin xarici siyasət
idarələri rəhbərlərinin iclası keçiriləcək.
Trend xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio
Tayaninin sözlərinə görə, görüşdə Yaxın Şərqdə və Ukraynada
müharibələrə son qoyulması üzrə tədbirlər müzakirə olunacaq.
Çərşənbə axşamı keçirilən görüşün ilk iclası Qəzza və İrana həsr
olunacaq, Qırmızı dənizdə vəziyyət cümə axşamı səhər müzakirə
ediləcək.





























