Advertisement

Sülhün bərqərar olması üçün Ermənistanı qarşı hərəkətə təşviq etmək lazımdır – Natiq Rəsulzadə “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend xəbər
verir ki, verilişin qonağı Azərbaycan Xalq yazıçısı Natiq Rəsulzadə
olub.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışan
yazıçı qeyd edib ki, Azərbaycan tərəfi sülhün bərqərar olması üçün
tədbirlər görür, lakin sülh istiqamətində səylər birtərəfli
olmamalıdır.

“Onları qarşı hərəkətə təşviq etmək lazımdır. Daima savaşmaq
olmaz, ortaq dil tapmaq lazımdır”, – o deyib.

Onun sözlərinə görə, bu prosesdə yazıçılar, rəssamlar, incəsənət
adamları və yaradıcı şəxsiyyətlər də böyük rol oynayır.

Trend
verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)