
Bakı. Trend:
Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstututu” adlı
qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının
yaydığı bəyanatda deyilir.
“Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu
dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı
soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti, demək
olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.
Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları
diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl
səbəbləri məlum olur. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə
Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və
digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu
“institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır.Qurumun
heyətində E.Poqosyan, L. Mirzoyan kimi erməni diasporasının radikal
ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur.
Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan
atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq
mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael
Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə
qınayır. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş
cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür
dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır”, –
bəyanatda deyilir.





























