Advertisement

Prezident İlham Əliyev: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Bakı. Trend:

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar
hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən
infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti
vardır.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan
suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan
dövlətimizin başçısı bildirib: “Faktiki olaraq kanal yenidən inşa
ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq.
120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və
200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki
dəfədən çox artırılacaq”.