Advertisement

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib – FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma
Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, Türkiyə–Azərbaycan
Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq
edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası
Hökumətinə bildiriş göndərəcək.