
Bakı. Trend:
Ölkələr xarici siyasətlərə, regionlarda baş verən hadisələrə öz
milli maraqlarına uyğunluq və stabilliklərinə təsir etməməsi
istiqamətində yön verməlidir. Həm Türkiyə, həm də Azərbaycan bu
aspektdən baxır.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı
keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz
deyib.
Onun sözlərinə görə, yaşadığmız coğrafiya geosiyasi və
geostrateji cəhətdən çox önəmli bir bölgədir.
“Dünya addım-addm üçüncü dünya müharibəsinə doğru gedir. Hətta
deyə bilərik ki, bu müharibə başlayıb. Dünyada baş verən bu
proseslər ölkələrə təsirsiz ötüşməyəcək. Azərbaycan bu fonda
hadisələrə öz milli maraqları çərçivəsində yanaşır.
Həmçinin, özünün ayrıca strateji istiqaməti var. Azərbaycanın
cənub qonşusu bir tərəfdən Ermənistanı dəstəkləyir, digər tərəfdən
də Azərbaycana aid olmayan mövzularla əlaqəli təzyiq göstərməyə
çalışır.
Bu səbəbdən Azərbaycan ölkəsində və regionda sabitlik və sülh
üçün çalışır. Həm də bu cür faəliyyətləri dost ölkələrlə
koordinasiya etməsi çox önəmlidir. Azərbaycan və Türkiyə dünyada
baş verən proseslərdə tərəf olmamağa davam edir. Hər iki ölkə
siyasətdə əməkdaşlığa önəm verir”, – deyə o bildirib.





























