
Bakı. Trend:
Bu gün dünya nizamı İkinci Dünya Müharibəsindən sonra özünün ən
çətin dövrünü yaşayır. Çoxlu dövlət başçıları yanlışlıqlara yol
verərək müharibələrə cəlb olunur və həm öz ölkəsini müəyyən
çətinliklərlə qarşılaşdırır, həm də müharibələrin uzunmüddətli
olmasına şərait yaradır. Bu qlobal gərginlik fonunda Azərbaycan
dünyada ən təhlükəsiz dövlətlərdən biri hesab olunur.
Məsələ ilə bağlı Trend-ə müsahibə verən siyasi şərhçi Elşad
Həsənov bildirib ki, bu gün deyildiyi kimi Azərbaycan təhlükəsizlik
adasıdır.
“Dünyada gedən prosesləri hər kəs görür. Dünyanın hər yerində
müharibələr, fəlakətlər, dağıntılar baş verir. Ancaq Azərbaycanda
sakitlik, sabitlik mövcuddur. Azərbaycan bu uğura Prezident İlham
Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində nail olub”,
– deyə o qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























