Advertisement

Ukraynada Bakıda keçiriləcək COP29-a hazırlıq müzakirə edilib

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna xarici
işlər nazirinin müavini İrina Borovets ilə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsində paylaşım
edib.

“Bu ilin sonunda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı, o
cümlədən Ukrayna və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq
məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanın Ukraynaya
humanitar yardımı və təşəbbüsləri barədə məlumat verilib”, – səfir
qeyd edib.