
Bakı. Trend:
Yoluxucu xəstəliklərin yayılmasında su faktorunun, xüsusilə
içməli suyun böyük əhəmiyyəti var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə Ailə, qadın və
uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və
ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi
aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə
deyib.
O qeyd edib ki, Azərbaycanda içməli suyun böyük hissəsi kənardan
gəlir.
“Bizim içməli suyun 25 faizi ölkə daxilində formalaşır, 75 faizi
isə kənardan gəlir. Azərbaycan içməli suyun təmizliyi məsələsinə
böyük diqqət yetirir”, – deyə o qeyd edib.
Komitə sədri bildirib ki, hər kəs ekologiyanın qorunmasına töhfə
verməlidir.





























