
Bakı. Trend:
Qarabağdakı rus sülhməramlılarının missiyasını tam yerinə
yetirilmiş hesab etmək olar.
Trend Rusiya
KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının
Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.
Onun sözlərinə görə, Qarabağda döyüşən tərəflər olmadığından,
rus sülhməramlılarına ehtiyac yoxdur.
“Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kim
mübahisə etmir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya
sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını
təsdiqləyib.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı
kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması
prosesini əks etdirən kadrlar yayılsa da, bununla bağlı hər hansı
bir rəsmi açıqlama yox idi.
Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən
Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng
monastrını Azərbaycan polisi mühafizə edir.





























